Çavuşoğlu: “Qarabağ zəfərindən sonra Ermənistana təsəlli verən ölkələrin sayı artdı”

0
136

Qarabağ zəfərindən sonra Ermənistana təsəlli vermək üçün qondarma soyqırımı ilə bağlı qərar qəbul edən ölkələrin sayı bir qədər də artdı.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TV100 telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, 2015-ci ildə ermənilər çox çalışsalar da, məqsədlərinə nail ola bilmədilər.

“2015-ci ildə ermənilər çox çalışdılar, lakin həmin il Ermənistan üçün məyusluq ili oldu. Qarabağ zəfərindən sonra Ermənistana təsəlli vermək üçün qondarma soyqırım barədə qərar qəbul edən ölkələrin sayı bir qədər də artdı. Onlar əllərindəki siyasi dividendləri itirməkdən ehtiyat edirdilər”, – deyə nazir bəyan edib.

O vurğulayıb ki, siyasətçilərin tarix haqqında danışması son dərəcə yanlışdır.

“Tariximizdə soyqırım deyilən bir şey yoxdur. Hər kəs dinini, dilini, etnik mənsubiyyətini qoruyub yaşadıb. Zəlzələ baş verən vaxt Ermənistanın xarici işlər naziri ziyarətə gəlmişdi. Görüşdən sonra çıxışda divara asılmış xarici işlər nazirlərimizi göstərdim. Qabriel Noradunkyan Əfəndi, 1912-1913-cü illərdə Osmanlı İmperiyasının Xarici İşlər Naziri olub. Soyqırım düşünən dövlət 1915-ci ildən 2 il əvvəl ermənini xarici işlər naziri etməzdi”, – deyə Çavuşoğlu əlavə edib.