Ermənistan öz dövlət maraqlarını rəhbər tutur və silahlı qüvvələrinin döyüş hazırlığını artırmaq üçün hər şeyi edir”.
Bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan deyib.
“Mariya Zaxarovanın aydınlaşdırma tələb etməsi bir az anlaşılmazdır. Ermənistan strateji tərəfdaşı Rusiya ilə isti dostluq münasibətləri, eləcə də digər tərəfdaş ölkələrlə isti münasibətlər saxlayır. Silahlı qüvvələrin inkişafı və döyüş hazırlığının artırılması üçün hər şeyi edir”, – Hovhannisyan bildirib.
Müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan aprelin 11-də sərhəddəki gərginliklə bağlı Rusiyanı ittiham edib: “Rusiyanın vasitəçilik rolunu şübhə altına almırıq, ola bilsin ki, var. Əgər döyüşməsəydik, itkilərimiz olmasaydı, o zaman Rusiya Xarici İşlər Nazirliyindən zəng də problemin həllinə kömək etməzdi. Problem ilk növbədə silahlı qüvvələrimizin şücaəti sayəsində həll olundu”.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva erməni tərəfdaşlarından onların NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlama tələb edib. Eyni zamanda, onun sözlərinə görə, İrəvanın öz ərazisində KTMT vasitəsilə təlimlər keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermir.
Eyni zamanda, Zaxarova aprelin 12-də keçirdiyi brifinqdə bildirmişdi ki, Rusiya Silahlı Qüvvələrinin və FTX-nin sərhəd xidmətinin nümayəndələri dərhal Dığ kəndində vəziyyətin deeskalasiyası üçün tədbirlər görüblər. Daha sonra erməni deputat Armen Xaçatryanın atəşkəs razılaşmasının birbaşa Ermənistan və Azərbaycan arasında əldə olunması ilə bağlı fikirlərini Zaxarova belə şərh edib: “Moskva İrəvanın və Bakının birbaşa əməyini aşağılamır… Mən bizim köməyimizdən danışdım