Fazil Mustafanın son durumu AÇIQLANDI

0
122

“Fazil Mustafanın vəziyyəti hər gün daha da yaxşı olur”.

Bu sözləri martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın həyat yoldaşı Zülfiyyə Mustafayeva deyib.

O bildirib ki, F.Mustafanın yaraları artıq sağalır, həkimlər müalicəyə müsbət cavab verdiyini deyir.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Xatırladaq ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.