Bakıda qəzaya düşən kuryer beş gündən sonra xəstəxanada ölüb.
Martın 7-də Ələsgərov Məzahir Nofəl oğlu kuryer kimi işlədiyi mopedlə Səbail rayonu, Salyan şosesində parklanmış vəziyyətdə olan avtomobilə dəyib.
Nəticədə o, aldığı xəsarətlərdən martın 12-də Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.