Tovuzda qollu heç-heçə, “Qarabağ” böyük hesabla qalib gəldi

0
145

Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçirilib.

Günün ilk görüşü Tovuzda olub.

Ayxan Abbasovun rəhbərlik etdiyi yerli komanda burada “Qəbələ”ni qonaq edib. Görüşdə qalib müəyyənləşməyib – 1:1. Hesabı 19-cu dəqiqədə penaltidən meydan sahiblərinin hücumçusu Runi Eva açıb, ancaq hissə başa açtmamış Felipe Santos tarazlığı bərpa edib.

Bu nəticədən sonra “Qəbələ” 33 xalla 5-ci, “Turan Tovuz” 27 xalla 6-cıdır.

Günün son oyununda lider “Qarabağ” autsayder “Səbail”i qəbul edib. Ağdam klubu zəif rəqibi qarşısında 3 cavabsız qolla qələbə qazanıb. “Atlılar”ın heyətində Elvin Cəfərquliyev, Musa Qurbanlı və Julio Romao fərqlənib.

Qollarının sayını 18-ə çatdıran Qurbanlı komanda yoldaşı Ramil Şeydayevi geridə qoyaraq bombardirlər yarışında vahid lider olub.

“Qarabağ” 68 xalla vahid liderdir. Komanda ən yaxın izləyicisi “Sabah”ı 9 xal qabaqlayır. “Səbail” isə 17 xalla əvvəlkitək sonuncu – 10-cudur.

Azərbaycan Premyer Liqası
XXVI tur
11 mart

“Qarabağ” – “Səbail” – 3:0
Qollar: Elvin Cəfərquliyev, 24, Musa Qurbanlı, 35, Julio Romao, 53

“Turan Tovuz” – “Qəbələ” – 1:1
Qollar: Runi Eva, 19 (pen.) – Felipe Santos, 37