Dünyanın sınaq laboratoriyası: Ermənistan Marsa bənzədildi

0
161

Ermənistan digərləri ilə müqayisədə Marsa daha çox bənzəyən ölkə kimi tanınıb və bu planetdə tədqiqatların simulyasiyalarının aparılması üçün yer seçilib.

Bu barədə Avstriyanın Futurezone.at elmi portalı xəbər verir.

Bildirilir ki, Avstriya Kosmik Forumu (OeWF) Ermənistanda Marsın tədqiqinə göndərilə bilən sistem və avadanlıqları sınaqdan keçirəcək. AMADEE-24 təcrübəsi 2024-cü ilin mart ayında baş tutacaq.

OeWF nümayəndələrinin sözlərinə görə, Ermənistanda Marsın “geoloji əkizinin” yaradılması planlaşdırılır. Eksperimentin iştirakçıları artıq seçilib, bunlar Avstriya, Almaniya, İsrail, İtaliya və Britaniya vətəndaşları, ümumilikdə iki qadın və dörd kişidir