Bəzi insanlar yeməklə birlikdə su içməkdən qorxurlar və hesab edirlər ki, bu, mədə turşuluğunu azaldacaq.
Həkimlər bu fikirlərin əsassız olduğunu bildiriblər. Belə ki, “Hemotest” laboratoriyasının qastroenteroloqu Yekaterina Kaşux qeyd edib ki, yemək zamanı və yeməkdən sonra həm su, həm də qəhvə və ya çay içmək olar.
“Sağlam mədəaltı vəzi həmişə kifayət qədər həzm şirə ifraz edir. Yemək zamanı və yeməkdən sonra orta miqdarda su içmək, əksinə, daxil olan qidaların parçalanmasına və qida maddələrinin udulmasına kömək edəcək. Su həzmi yaxşılaşdırır, xüsusilə qış aylarında daha çox su içməkliyik. Qışda həm daha hərəkətsiz həyat tərzinə keçirik, həm də xəmir yeməklərinə daha çox üstünlük veririk”, – ekspert NGS portalına danışıb.
Eyni zamanda, qastroenteroloq qəhvə və spirtin bədənin susuz qalmasına səbəb olduğunu vurğulayıb. Buna görə də bu içkilərin hər porsiyasi üçün eyni miqdarda qazsız su içmək tövsiyə olunur. O, həm də şəkərli içkilərdən imtina etməyə çağırıb.
Terapevt Svetlana Trunko isə vurğulayır ki, qida mədədə təxminən dörd saat həzm olunur və su demək olar ki, orada qalmır və bağırsaqlara daha çox hərəkət edir.
“Mədəyə yemək daxil olanda adi su kimi, turşuluğu azaldır, lakin buna cavab olaraq, mədənin vəzi hüceyrələri pH istədiyiniz dəyərə çatana qədər xlorid turşusu istehsal etməyə davam edir. Odur ki, yeməklərlə birlikdə su içə bilərsiniz”, – terapevt qeyd edib