Xersonda kənd sakinləri evlərindən çıxarılırlar: Rusiya muzdluları yerləşdirir

0
159

“Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin kəndlərindən birində 200-ə yaxın sakini evlərindən çıxarıb və naməlum istiqamətə aparıblar. Onların evlərinə isə Rusiya muzdluları yerləşdirilirlər”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində bildirilib.

Qeyd olunub ki, rusiyalı hərbçilər Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisində əhalini qarət etməkdə davam edir.

Belə ki, fevralın əvvəlindən onlar Rusiya pasportu almayan sakinlərin avtomobillərini əllərindən almağa başlayıblar.

“Qondarma işğalçı hakimiyyətin nümayəndələri yerli əhaliyə təzyiq göstərirlər və onlara məxsus müvafiq torpaq sahələrini mənimsəmək istəyirlər. Xerson vilayətinin Boyevoye kəndinin sakinlərinin əksəriyyəti şəxsi torpaq sahələrini yerli işğalçı administrasiyanın balansına verməkdən imtina ediblər”, – deyə məlumatda qeyd edilib.

Baş Qərargah məlumat verib ki, martın 1-nə olan göstəricilərə görə, bu kənddən 200-ə yaxın insan qondarma filtrasiya tədbirləri həyata keçirmək üçün naməlum istiqamətə aparılıb. Onların evlərində isə rusiyalı hərbçilər məskunlaşacaqlar.