Xocalı Şəhidlərimizi dərin hüznlə, ehtiramla anırıq.

0
233

Dünən Beyləqan rayon Daşburun qəsəbəsində Röya restarlnında 44 günlük Vətən muharibəsi şəhid ailələri ilə Xocalı soyqırımınına həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Azərbaycanın bütün bölgələrində olan şəhid ailələri ,medya nümayəndələri, idarə və təşkilat rəhbərləri, icra nümayəndələri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri ,Zabitlər, qazilər,məktəb şagirdləri, müəllim kollektivi ilə iştirak etdi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra regionlardan olan şəhid ailələrinə çıxış üçün söz verilmişdir.

Eləcə də Azərbaycanın 44 günlük Vətən muharibəsi şəhidlərinin videoçarxı nümayiş edilmişdir.

Məktəblilər şeirlər söylımiş, kompazisiyalar nümayiş etdirmişdi.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisin”, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri