Hansı müəllimlərin maaşları artırıldı? – Nazirlikdən AÇIQLAMA + VİDEO

0
196

Prezident dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Mövzu ilə bağlı “Xəzər Xəbər”ə açıqlama verən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, artımlar sertifikatlaşmadan keçən müəllimlərə də şamil ediləcək:

“Bu, növbəti müddət ərzində əlavə artıma səbəb olacaq. 51-dən yuxarı bal toplayan müəllimlərin maaşı 35 faiz, 31-dən yuxarı bal toplayan müıllimlərin maaşı isə 10 faiz həcmində artırılır”.

Ətraflı videomaterialda izləyə bilərsiniz: