Biz birlikdə güclüyük.

0
327

Türkiyə də baş vermiş zəlzələ nəticəsində xalqımız birlik nümayiş etdirmişdir.

Böyükdən kiçiyə qədər yardım aksiyasında iştirak edir.
İnsanların sevgisi, digər həyatı bitmiş insanlara ruh yüksəkliyi verir.

Həyatın itirmiş insanlara üzülürük, digər tərəfdən isə həyatla mübarizə aparıb, daşlar altından çıxanlara isə sevinirik.

Buna baxmayaraq ruhdan düşmürük, əlimizdən gələn köməyi əsirgəmir,türk qardaşlarımıza köməyə can atırıq.
Komək edən insanların içərisində hər cür insanlarla rastlandıq.

Sevgi ilə, mərhəmətlə , qaygı ilə yaxınlaşdılar.Kimi dedi;məni də göndərsinlər, yemək bişirim, qulluq edim , kimi yetim qalan uşaqları versinlər öz övladım kimi böyüdüm dedi.

İnsanlıq dıramı yaşandı.
İnsanlar həmişə yüksək,təmiz və müqəddəs amallara dogru can atmalıdır. Yalnız belə bir hərəkət tərzi insan olanın vicdanını,beynini və bütün insan vücudunu təmin edər.

Şərəflidir ki, bu gün xalqımız birlik nümayiş etdirir, Türkiyə xalqının faciəsin öz faciəsi hesab edir.

Bu millət gözünü qırpmadan mübarizə uğrunda canını verməyə hazırdır.

Allah dünyasını dəyişənlərə rəhmət eləsin.
Köməyə ehtiyacı olanlara yardımçı olsun inşallah.

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisinin”, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri