ÜST: “Suriyada zəlzələ nəticəsində 8,5 min insan ölüb”

0
124

Suriyada zəlzələdən sonra təxminən 8,5 min insan həyatını itirib.

Bu barədə fevralın 12-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

“Dəqiq rəqəm demək çətindir, qurbanların sayı hər gün artır. Amma bu gün bildiyimizə görə, Suriya hökumətinin nəzarətində olan ərazilərdə 4000-ə yaxın adam ölüb, 2500 nəfər yaralanıb, Suriyanın şimal-qərbində isə 4500-ə yaxın sakin ölüb, 7500-ü yaralanıb”, – ÜST-nin fövqəladə hallar üzrə regional direktoru Riçard Brennan bildirib.