İran-Ermənistan hərbi ittifaqı regiona nə vəd edir? – VİDEO

0
156

Son vaxtlar İranın anti-Azərbaycan siyasətinin yeni çalarları üzə çıxmaqda, yeni detalları aşkar olmaqdadır. Getdikcə açıq düşmənçilik xarakteri kəsb edən bu siyasət təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, regional müstəvidə də həyata keçirilir.

Və bu işdə onilliklər boyu Azərbaycan ərazilərini, İranın ali rəhbəri Ayətullah Xameneyinin “islam torpağı” adlandırdığı Qarabağı işğalda saxlayan Ermənistan İranın əsas tərəfdaşı və müttəfiqi kimi çıxış edir.

Daha dəqiq desək, rəsmi Tehran indiyə qədər diplomatik ibarələrlə pərdələnən Cənubi Qafqaz siyasətini daha şəffaf şəkildə yürütməyə, kimin tərəfində olduğunu aydın surətdə göstərməyə başlayıb və Ermənistanı müxtəlif vasitələrlə, o cümlədən birbaşa hərbi dəstək yolu ilə Azərbaycana qarşı təhrik etmək xəttini tutub.

Məqsəd İranın İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsi nəticəsində regionda formalaşan yeni geosiyasi reallıqlarla barışmadığını göstərmək, onun öz məntiqi yekununa yetişməsinə hər vəchlə mane olmaqdır. Bunu fevralın 9-da İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühurinin verdiyi açıqlamalar da təsdiq edir.

Ətraflı “Azad İran” “YouTube” kanalının süjetində: