Qonşusunun faciəsinə sevinən erməni xisləti: “Mənim üçün ən yaxşı türk ölü türkdür”

0
186

Türkiyədə baş verən son zəlzələ ilə əlaqədar Nikol Paşinyanın təmsil olunduğu Ermənistan hökuməti Türkiyəyə bir qrup xilasedici göndərmək qərarına gəlib.

Bu qərar ictimaiyyət tərəfindən hətta qəzəb doğuracaq dərəcədə birmənalı qəbul edilməyib.

Deputat Akop Aslanyanın sözlərinə görə, bu qərar sırf diplomatik addımdır. O,  xilasedicilərin Türkiyəyə gedib türkləri xilas etməsini istəmədiyini gizlətməyib. Millət vəkili öz sözlərilə erməni yardımının əsl üzünü açıq şəkildə nümayiş etdirib.

“Bəli, bu, diplomatiyadır və düzgün qərar verilib. Mən bir dəfə çıxışlarımın birində demişdim ki, biz öz emosiyalarımızı, təcrübələrimizi dövlət quruculuğumuzdan kənar saxlamalıyıq. Hər şeyə rəğmən dünyaya göstərməliyik ki, bizim üçün bütün insanlar dəyərlidir. Düzdür, biz türklərə rəğbət bəsləmək fikrində deyilik, amma bu addımla da ölkəmizin dünyadakı nüfuzunu, beynəlxalq ictimaiyyət qarşısında  yüksəldirik. Xilasedicilər göndərilməsəydi, tənqid edərdim, deyərdim ki, hökumətimiz ciddi diplomatik səhvə yol verib. Çünki təkcə türklərin gözündə yox, bütün dünyanın gözündə yaxşı görünmək lazımdır”, – deyə millət vəkili Ermənistan mediasına açıqlamasında bildirib.

Aslanyan qeyd edib ki, onun üçün ən yaxşı türk ölü türkdür.

“Mən türkü öldürmək üçün yaradılmışam və mənim üçün ən yaxşı türk ölü türkdür”, – deyə o əlavə edib.