Bu gün təxliyə avtobusu Kahramanmaraşdan Azərbaycana yola düşəcək

0
261

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.

Yerli vaxtla 16:00-da təxliyə avtobusu Kahramanmaraş vilayətindən Azərbaycana yola düşəcək.

Eyni zamanda gün sonuna qədər digər istiqamətlərdən də azərbaycan vətəndaşlarının təxliyəsi gözlənilir. Təxliyə ediləcək vətəndaşların siyahısı hazırlanır, günün sonunda yekun rəqəmlərin ictimaiyyətə elan ediləcəyi bildirilir.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin sözlərinə görə, bu gün səhərə olan məlumata görə, Türkiyədən artıq 201 vətəndaşımız təxliyə edilib.