“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılıb.
Qanun 2023-cü il fevralın 1-dən tətbiq edilir.