Türkiyənin zəlzələ bölgəsindən 201 vətəndaşımız təxliyə edilib – RƏSMİ

0
194

“Ötən gündən 201 nəfərə yaxın vətəndaşımız təxliyə olunub”.

Bunu cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib. 

Onun sözlərinə görə, hazırda təxliyə prosesi davam edir:

“Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə çatırlar. Bu gün ərzində nə qədər vətəndaşımız oradan təxliyə edilib, bu barədə hələ ki bizdə tam məlumat yoxdur”.
 
O qeyd edib ki, təxliyə olunanlar arasında üç-dörd nəfər Türkiyə vətəndaşı da var.