İsrail mülki xilasedicilər dəstəsilə yanaşı, Müdafiə Qüvvələrinin tibbi yardım heyətini də Türkiyəyə göndərib.
Müvafi məlumatı İsrail Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, tibbi yardım heyəti fevralın 8-də səhər Türkiyəyə yola düşəcək. “Nümayəndə heyəti zəlzələdən zərər çəkmiş ərazilərdə səhra hospitalı yaradacaq və ehtiyacı olnalara tibbi yardım göstərəcək”, – XİN-dən bildirilib.
Qeyd edək ki, İsrailin axtarış-xilasetmə qrupunun birinci hissəsi artıq Türkiyəyə çatıb.