ATƏT Daimi Şurasının iclasında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum məsələsi qaldırılıb

0
149

ATƏT Daimi Şurasının bu gün keçirilən iclasında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum məsələsi qaldırıb.

Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, ölkəmizin Avstriya, Slovakiya və Sloveniya üzrə səfiri Rövşən Sadıqbəyli bildirib.

O deyib ki, ATƏT-in 52 nümayəndəsinin iştirak etdiyi iclasda hücumla bağlı sürətli araşdırma aparılmasına çağırış edilib.

“ATƏT Daimi Şurasının bugünkü iclasında bizim İrandakı səfirliyimizə hücum məsələsi qaldırılıb. Azərbaycana qoşularaq bu hücumu qınayan, qurbanların ailələrinə başsağlığı verən və sürətli araşdırma aparılmasına çağıran 52 ATƏT nümayəndəsinə təşəkkürlər”, – deyə qeyd olunub.

Qeyd edək ki, yanvarın 27-si saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov şəhid olub, iki əməkdaşı isə yaralanıb.