Ərdoğandan bu ölkəyə mesaj: Belə davam etsəniz…

0
203

Finlandiya bu mövqeyini davam etdirsə, bizim cavabımız da adekvat olacaq.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində deyib.

Ərdoğan bildirib ki, Helsinki adekvat mövqe tutacağı təqdirdə, Ankara Finlandiyanın NATO-ya üzv olmaq müraciətinə müsbət cavab verəcək.

“Finlandiyaya gəldikdə, artıq dediyim kimi, Helsinki ilə prosesdə bizim heç bir böyük problemimiz yoxdur”, – deyə Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, bundan öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın tələbləri yerinə yetirilməyənə qədər İsveç və Finlandiyanın NATO-ya üzv olmasına yaşıl işıq yandırmayacaqlarını bildirmişdi.

Xarici işlər naziri İsveç və Finlandiyanın üçtərəfli memorandumun müddəalarına əməl etməli olduğunu deyib.

Ərdoğan isə etiraf etmişdi ki, Finlandiyanın Şimali Atlantika Alyansına daxil olmaq ərizəsinə İsveçdən ayrıca baxıla bilər