Bu gün onun günüdür. Əvvəlcə Azərbaycan muxtariyyatını, sonra da Azərbaycanın müstəqilliyini siyasi gündəmə gətirən, Azərbaycan istiqlalının əvvəlcə milli ideyaya çevrilməsində, sonra da felən elanında ən çox zəhməti olan böyük Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Təmənnasız Azərbaycan sevgisi, Azərbaycan naminə etdiyi fədakarlıqlar Rəsulzadəni bu millət üçün çoxdan simvola çevirib. Bayrağımız kimi o da Azərbaycanın, istiqlalımızın simvoludur. Rəsulzadə deyəndə hər zaman Azərbaycan, onun istiqlalı, cümhuriyyət, azadlıq və ədalət günəşinin bir gün mütləq parlayacağı yada düşür. Şanslıyıq ki, tariximizdə bu qədər böyük düşüncəli, vətənpərvər, mütərəqqi dünya görüşlü, gerçək Azərbaycan sevdalısı olan qurucu milli liderimiz olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Əlbəttə ki, bir gün həqiqət günəşi parlayacaqdır!
Təranə Alməmmədova
“Xarıbülbül Ədəbi Məclisinin” Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri