Bu ölkənin tankları martın sonunadək Ukraynada olacaq

0
205

Norveçdən gələn tanklar martın sonuna qədər Ukraynada ola bilər.

Norveç Almaniya istehsalı olan Leopard 2 döyüş tanklarını ən qısa zamanda, çox güman ki, martın sonunda Ukraynaya göndərəcək.

Tankların sayına gəlincə, Oslo hələlik bu barədə məlumat verməyib. Norveçin müdafiə naziri Byorn Arild Qram, “Hələ ki, onların sayı barədə qərar verməmişik”, – deyə bildirib.

Qeyd edək ki, Norveç Ukraynaya Qərb tipli tanklar tədarük etməyə söz verən Avropa ölkələrindən biridir