ÜST beynəlxalq fövqəladə vəziyyət rejimini uzatdı

0
166

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılması ilə əlaqədar qlobal fövqəladə vəziyyəti bir daha uzadıb.

Rejim 2020-ci ilin yanvar ayından qüvvədədir və hər üç aydan bir yenilənir.

Fövqəladə vəziyyətin uzadılması zərurəti ÜST-ün müvafiq komitəsi tərəfindən elan edilib və təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus pandemiyanın “Beynəlxalq narahatlıq doğuran sağlamlıq fövqəladə halı” olaraq qalması ilə razılaşıb.