Erməni deputatlar Qarabağdakı qondarma “deputatlar”la görüşəcək

0
159

Ermənistandan bir qrup deputat Qarabağa qanunsuz səfər etmək istəyir.

Bu məsələ Ermənistan parlamentinin iclasında gündəmə gəlib.

“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan spiker Alen Simonyana təklif edib ki, bir qrup deputatının Qarabağa səfəri təşkil edilsin.

Lakin Qarabağa necə keçməyin yolunu bilmədiklərini deyib. Simonyan isə təklif edib ki, Ermənistan parlamentinin deputatları ilə separatçıların “deputatları” arasında onlayn rejimdə görüş təşkil edilsin.