Akar: “Bəzi ölkələrin Azərbaycana qarşı səsləndirdiyi ittihamlar obyektivlikdən uzaqdır”

0
191

Bəzi ölkələrin Azərbaycana qarşı səsləndirdiyi ittihamlar obyektivlikdən uzaq və qərəzlidir.

Bunu Suriya ilə sərhədə gələn Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib.

O, qeyd edib ki, bunadək 30 ilə yaxındır davam edən Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq təşkilatların səsi çıxmayıb.

“Həmişə olduğu kimi, Azərbaycan – Ermənistan məsələsində də obyektivlikdən uzaq və qərəzli bəyanatlar verilir. Ancaq 30 ilə yaxındır davam edən Qarabağ probleminin həlli ilə bağlı vasitəçi missiya ilə çıxış edən ölkələrin, beynəlxalq təşkilatların səsini eşitməmişdik. Bu səbəbdən, yalnız bu yaxınlarda fikirlərini bildirənlərdən soruşuruq ki, indiyə qədər ağlınız harada idi”, – deyə nazir vurğulayıb.