Türkiyə lideri Ermənistana çağırış etdi

0
169

“Qarabağı işğaldan azad edən azərbaycanlı qardaşlarımızla bu regionda yeni mərhələyə başlamışıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda yerli sakinlərlə görüşü zamanı deyib.

O bildirib ki, Ermənistanın sülh, təhlükəsizlik və sabitlik istiqamətində atacağı addımlarla bu proses daha da sürətlənəcək.

Ərdoğan söyləyib ki, Türkiyə bütün regionlarla əlaqələri davam etdirir:

“Çinlə Ukrayna arasında biz varıq. Həmçinin “Taxıl dəhlizi”ni də biz açdıq”.