“Caliber” ermənilərin üç feykini ifşa etdi

0
211

Erməni təbliğatı növbəti dəfə saxtakarlıqlarını sırımağa cəhd edir, biz isə bütün Azərbaycan cəmiyyəti olaraq onlara vaxtında cavab verib, bu yalanları ifşa etməliyik.

Birinci saxtakarlıq: “120 min erməni blokadada qalıb”

Azərbaycan tərəfindən aparılan vizual müşahidə, eləcə də digər ixtisaslaşmış dövlət qurumları vasitəsilə daxil olan məlumatlar göstərir ki, Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi zonada 30-35 min nəfər yaşayır ki, onların da təxminən yarısı yerli hərbiləşdirilmiş strukturların “işçi”ləridir.

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında daşınmaz əmlak bazarının passivliyi, eləcə də Qarabağda keçirilən nümayişlərin “miqyası” Qarabağda 120 min erməninin yaşamasına dair iddiaların fantaziyaya əsaslandığını göstərir.

Nəhayət, əgər həqiqətən də, 120 min şəxs blokadadadırsa, niyə onlar evlərində sakit oturublar və kütləvi şəkildə etiraz etmirlər? Haradadır bu 120 min insan? Görünür, indi Ermənistandan avtobusla əlavə kütlənin daşınması çətinləşib.

İkinci saxtakarlıq: “Azərbaycan Laçın yolunu bağlayıb”.

Laçın yolunda baş verənlər blokada deyil, etiraz aksiyasıdır. Üstəlik, aksiya təşkilatçıları Qarabağ ermənilərinin mülki maşınlarını buraxmağa hazır olduqlarını açıq şəkildə bəyan edərək, koordinatları təqdim ediblər. O zaman niyə hər hansı müraciətlər edilmir?

Niyə Rusiya sülhməramlıları və onların komandiri general-mayor Andrey Volkov azərbaycanlı nümayişçilərlə danışıqlara getmirlər?

Danışıqlar olmadan bu məsələni həll etmək mümkün deyil və mövcud vəziyyətə görə məsuliyyət Rusiya sülhməramlıları və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarında “dövlət” oyunu oynayan quldurların üzərinə düşür.

Artıq üçüncü gündür ki, bizim vətəndaşlarımız soyuq havada dayanıb Volkovun gəlişini gözləyirlər. Ona görə də suallar Rusiya tərəfinə ünvanlanmalıdır.

Yeri gəlmişkən, bu, ABŞ Dövlət Departamentinin və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycana Laçın yolu boyunca əlaqənin bərpa edilməsinə dair çağırışlarına da aiddir.

ABŞ-yə görə, Azərbaycan konkret olaraq nə etməlidir – mitinqi dağıtmaq üçün daxili qoşunlar göndərməlidir? Vaşinqton digər hallarda Azərbaycan polisinin oxşar hərəkətlərinə qarşı çıxmırmı? Bəs indi nə oldu?

Üçüncü saxtakarlıq: “Azərbaycan qazı kəsib”

Onsuz da, hazırda təbii yanacaq problemi ilə üzləşən Azərbaycanın qazın təchizatında fasilələrin yaranması ilə bağlı iddialarla heç bir əlaqəsi yoxdur.

Üstəlik, istisna etmirik ki, qurbanlıq hekayələrinin təsirini artırmaq üçün Qarabağdakı terrorçular və onlara göz yuman Rusiya sülhməramlılarının nümayəndələri özləri bölgəyə qazın verilməsini məhdudlaşdıra bilərlər.