Qarabağa təbii qazın verilişində fasilə yaranıb. Bu, həmçinin Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin məsuliyyəti zonasına aid olan yaşayış məntəqələrini də əhatə edib.
Lakin KİV və sosial şəbəkələrin erməni seqmentində hadisəyə isterik reaksiya, ən azı gülüş doğurur. Belə ki, ermənilər baş verənləri “humanitar və iqtisadi terrorizm”, hətta daha irəli gedərək “soyqırımı” kimi qələmə verirlər.
Halbuki, istər Azərbaycanın digər bölgələrində, istərsə də Rusiyaya qarşı sanksiyalar fonunda enerji çatışmazlığı ilə üzləşən bir sıra Avropa ölkələrində məişət qazının verilişində fasilələrin yaranması adi haldır və bir qayda olaraq, əhali tərəfindən anlayışla qarşılanır.
Hərçənd, mümkün texniki nasazlıq və ya qəza səbəbindən baş verə biləcək hadisəni siyasiləşdirmək, heç bir təhlükənin olmadığı halda haray-həşir salmaq qonşularımızın köhnə adətidir.