Kremlin XAİN PLANI: Qarabağdakı sülhməramlıları öldürüb, sonra… – ŞOK

0
203

“Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılar, əslində burada uzunmüddətli qalmaq üçün təxribatçı addımlara əl atırlar”.

Bunu açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Azərbaycan Müdafiə Nazirliyinin rusiyalı sülhməramlı kontingentinin komandanlığına ardıcıl iki xəbərdarlığına münasibət bildirən ekspertin sözlərinə görə, Müdafiə Nazirliyi ilk olaraq dövlətin mövqeyini ortaya qoyur:

“Bu, çox gözəl məqamdır. Ona görə ki, bizim Müdafiə Nazirliyi də öz iradəsini ortaya qoya bildi. Uzun müddət idi ki, susurdular. Bəzi hallarda susqunluq baş verənlərlə razılaşmaq kimi qəbul olunurdu. Amma indi Rusiya tərəfi də başa düşdü ki, Azərbaycanın mövqeyi tamamilə başqadır. Məsələ orasındadır ki, Rusiya Qarabağı heç cür əldən vermək istəmir. Ruben Vardanyan da Xankəndinə təsadüfən gəlməyib. Oskanyan da Qarabağa elə-belə gəlmir. Ümumiyyətlə, Rusiya Azərbaycana qarşı yeni bir təxribat hazırlayır. Bu təxribatı yenə də “Qarabağ kartı”ndan istifadə etməklə həyata keçirmək istəyirlər. Məqsəd “Dağlıq Qarabağın əvvəlki statusu”nu bərpa etməkdir. Eyni zamanda, son yüz ildə Azərbaycana qarşı törədilən təxribatları təkrarlayaraq, növbəti yüz il üçün ölkəmizi bəlaya salmaqdır”.

Cümşüd Nuriyevin fikrincə, Moskva Qarabağda yeni qarşıdurmaların olmasına çalışır:

“Qarşıdurma nəticəsində rus əsgərlərinin ölməsini istəyirlər. Hətta onlar özləri də rus əsgərlərini öldürə bilərlər. Daha sonra Kreml Qarabağın dağlıq hissəsindəki əsgərlərini qorumaq adı ilə Azərbaycan ərazilərinə daxil olmağa can atar. Moskva buna çalışır. Amma Rusiya başa düşmür ki, belə bir addım atılarsa, bu, Rusiyanın sonu olacaq. Çünki Rusiyanın “ikinci cəbhə”ni açması, özlərinin məhv olması anlamına gəlir. Ən azından onlar müharibələr tarixinə nəzər salmalıdırlar. Rusiya anlamalıdır ki, Azərbaycan Ukrayna deyil. Azərbaycanın Ordusu da var, yanında dayanan NATO üzvü olan dövlət də… Azərbaycan asan loxma deyil. İranı və digərlərini qızışdırıb bizim üzərimizə salmaqla deyil ki…

Hazırda bu məsələlər Azərbaycan mediasında geniş formada işıqlandırılır. Bu, həqiqətən də alqışlanası məqamdır. Məsələ ilə bağlı Milli Məclis də Rusiyanın dövlət dumasına müraciət ünvanlamalıdır. Hətta biz, rusiyalı sülhməramlılarla bağlı BMT-yə də müraciət etməliyik. Çünki Qarabağdakı sülhməramlıların heç bir statusu yoxdur. Onlar BMT-dən sülhməramlı statusu almayıblar. Rus hərbçiləri sülh yox, əksinə münaqişə yaratmaqla məşğuldurlar. Bu mənada bir qədər ehtiyatlı olmalıyıq. Eyni zamanda, çəkinməyə də ehtiyac yoxdur. Biz prezidentimizin və dövlətimizin yanındayıq. Bu, belə də olacaq. Çünki biz birlikdə güclüyük”.