Xroniki stressin yaratdığı ciddi fəsad

0
169

Həkimlər müəyyən ediblər ki, xroniki stress xərçəngə yoluxma və ölüm riskini 2,5 dəfə artırır

Corciya Tibb Kolleci alimlərinin apardığı araşdırmanın nəticəsi belə qənaət yaradıb.

Stressə cavab olaraq orqanizm kortizol hormonunu ifraz edir, insan stressin səbəbindən qurtulan kimi onun səviyyəsi azalır. Ancaq stress xroniki hala gəldisə, bədən davamlı olaraq bu hormonu istehsal etməyə başlayır.

Yüksək kortizol səviyyəsinin simptomları bunlardır: yüksək qan təzyiqi, əhval dəyişikliyi, əsəbilik və s. Nəticədə bütün bunlar orqanizmə mənfi təsir göstərir.

1988-ci ildən 2019-cu ilə qədər aparılan Milli sağlamlıq və qidalanma sorğusunda 41 000 iştirakçının məlumatları öyrənilib. Tədqiqatçılar, iştirakçıların bədən kütləsi indeksi, qan təzyiqi, xolesterin, hemoqlobin, albumin, kreatinin və C-reaktiv protein (iltihabın göstəricisi) əsasında allostatik yükü (xroniki stress zamanı bədənin aşınmasını) hesablayıblar.

Nəticədə alimlər müəyyən ediblər ki, yüksək allostatik yükü olan insanların xərçəngdən ölmə ehtimalı aşağı allostatik yükü olan insanlardan 2,4 dəfə çoxdur.

Tədqiqatçılar, gələcəkdə bu əlaqəyə səbəb olan mexanizmləri də öyrənməyi planlaşdırırlar