Dünya çempionatında REKORD: üzgüçü 8 medal qazandı

0
479

ABŞ üzgüçüsü Kaleb Dressel bu idman növünün tarixinə düşüb.
22 yaşlı amerikalı dünya çempionatları tarixində bir yarışda 8 medal qazanan ilk idmançı olub.
O, Cənubi Koreyanın Kvandju şəhərində təşkil olunan yarışda 6 qızıl və 2 gümüş medal əldə edib. K.Dressel çempionatın gedişində iki dünya rekordunun da müəllifi olub. 100 m məsafəyə batterflyay üsulu ilə üzməkdə fərqlənən idmançı 4×100 m sərbəst üsulla qarışıq estafetdə yığmanın heyətində rekordçu adına yiyələnib.
2017-ci ildə keçirilən dünya çempionatında 7 qızıl medal qazanan K.Dressel əfsanəvi Maykl Felpsin rekordunu təkrarlamışdı. Sonuncu iki dəfə eyni çempionatda yeddi medal əldə edib. Bu dəfə isə gənc idmançı medal sayında mütləq rekorda imza atıb.
Qeyd edək ki, karyerasında iki dünya çempionatı olan K.Dressel 13 qızıl və 2 gümüşə sahibdir.