KİV: Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün gözlər Bakı-İrəvan sülh danışıqlarına dikilib

0
192

Türkiyə ilə Ermənistan arasında danışıqlar prosesi müsbət məcrada irəliləyir.

Bu barədə Türkiyənin “SABAH” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün gözlər Bakı-İrəvan sülh danışıqlarına dikilib.

Eyni zamanda, xüsusi nümayəndələr arasında növbəti görüşün Türkiyədə keçiriləcəyi vurğulanıb.

Diplomatik mənbələr Türkiyə ilə Ermənistan arasında tezliklə sərhədyanı ticarətin başlana biləcəyinin anonsunu da veriblər.

Qəzetin yazdığına görə, diplomatik mənbələr Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan danışıqlarının koordinasiyalı şəkildə aparıldığına diqqət çəkiblər. Belə ki, Azərbaycan-Ermənistan dialoqundakı axsama və irəliləyişin Türkiyə-Ermənistan danışıqlarına eyni ilə təsir etdiyi vurğulanıb.