Bu gün Azərbaycan Nəşriyyatında Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin yeni fəaliyyət təqdimatı keçirilmişdir.
Mərkəzin prezidenti, Azərbaycan xalq yazıçısı, nasir, publisist Çingiz Abdullayev son dövrlərdə ölkəmizdə baş verənlərə münasibətini bildirərək, şəxsi fəaliyyəti ilə bağlı məlumat verərək DAMM İB-nin yeni tərkibdə formalaşmasının vacibliyindən danışdı.
O, Mərkəzin dünyanın hər yerində olan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsi, mədəni, ictimai tədbirlərin geniş həcmdə keçirilməsi, Azərbaycan ictimai-mədəni təbliğatının aparılmasına ən istedadlı, məhsuldar, zəhmətkeş insanların cəlb edilməsinin milli dəyərlərimizin qorunmasında əvəzsiz rolu olduğunu vurğulamışdır.
Bu fəaliyyət minlərlə izləyicisi olan DAMM-nin yeni rəhbər heyəti ilə davam edəcəkdir.
Rəhbər heyətin üzvlərini oxuculara təqdim edirik.