İstanbulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib

0
158

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar İstanbulun İstinye Universitetində tədbir keçirilib.
Tədbir Türkiyə-Azərbaycan Ortaq Yüzüncü İlində Platformu tərəfindən təşkil olunub.
Mərasimdə bu ali təhsil müəssisəsinin rektoru professor Erkan İbiş, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver və platformun sədri Elmin Sadıxov geniş auditoriya qarşısında çıxış ediblər.
Ulu öndər Heydər Əliyev barədə danışan natiqlər Ümummilli Liderin parlaq, zəngin və şərəfli həyat yolu, bənzərsiz siyasi və dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri haqqında məlumat veriblər. Ulu Öndərin ölkəmizin dünya miqyasında tanınması, türk birliyi, eləcə də şanlı Zəfərimizə gedən yolun təməllərinin atılması üçün gördüyü işlər xüsusi vurğulanıb.