Keçmiş nazir müxalifətçi oğluna görə üzr istədi

0
457
Bu barədə o özü sosial şəbəkədə yazıb.
Qüdrət Quliyev bu addımı oğlu Murad (Mone) Quliyevin “Azadlıq” qəzetinə verdiyi müsahibədən sonra atıb.

Q. Quliyev müraciətində deyib ki, oğlu Murad Quliyevin sosial şəbəkədə çıxışları ilə bağlı açıqlama vermək məvburiyyətində qalıb:

“Təcrübəsiz bir gəncin atasının adı və fəaliyyəti ilə spikulyasiya etməsi acınacaqlı haldır və mən oğlumun hərəkətlərini ictimai formada pisləmək və qınamaq zorunda qalmışam.

Onun mənim keçmiş həyatım, ictimai fəaliyyətim ilə bağlı KİV-də çıxışlarını səhv, yanlış və yersiz hərəkət sayıram.

Muradın, “keçmiş nazirin oğlunun” təcrübəsizliyindən istifadə edib siyasi dvidentlər qazanmaq istəyənlərə, məni siyasi oyunlara qatmağa çalışanlara etirazımı və bu oyunların fərqində olduğumu bəyan edirəm!

Mən həyatım boyu demokratik fikirli bir vətəndaş olmuşam və fikir azadlığını cəmiyyətin ali norması saymışam. Mən 25 ildir ki, dövlət qulluğundan öz siyasi fikirlərimə görə və öz iradəmlə getmişəm. Amma dünyanı az-çox gördüyüm və bildiyim üçün, cərəyan edən proseslərdən hali olduğum üçün açıq siyasi fəaliyyətə qoşulmaqdan vaz keçmişəm.

Muradın sadəlövhlüyündən, özünü özünün də dərk etmədiyi oyunlara soxduğundan pərişanam və onun bilərəkdən və ya qanmadan hörmətsizlik etdiyi şəxslərdən, tanışlarımdan və dostlarımdan üzr istəyirəm”.