Milli Observatoriya: “İşaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var”

0
179

“İşəgötürən şirkətlərin baş ofisləri, əsasən, Bakıdadır, bu səbəbdən işəgötürənlərin 92%-i paytaxtda cəmləşib”.

Bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev bildirib. Onun sözlərinə görə, daha sonra Abşeron yarımadası, Sumqayıt şəhəri 1,2 % ilə önə çıxır:

“Digər şəhərlərimizdə isə işəgötürənlərin əmsalı 1% ətrafında dəyişir”.

Sədr müavini qeyd edib ki, işaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var:

“Azərbaycanda ali təhsilli məzunlar öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkirlər. Məzun olduqdan sonra mütləq hansısa beynəlxalq sertifikasiya proqramına cəlb olunurlar, bundan sonra aidiyyəti üzrə iş tapmaq ehtimalları artır.

Bu gün iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi ixtisasından məzun olan minlərlə tələbə var. Lakin reallığa baxsaq, ölkəmizdə bu sahədə kifayət qədər iş yeri varmı? – Yox. Nəticə etibarı ilə onlar fərqli sahələrə yönəlirlər. Məzunlarımızın, işaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var”.