Ermənilərin törətdikləri soyqırımlarla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

0
194

“Erməni silahlı birləşmələri tərəfindən silahsız mülki əhaliyə qarşı törədilən soyqırımı və kütləvi qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında bir neçə cinayət işi istintaq olunub, cinayət törətmiş şəxslərin barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib”.

Bunu Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov bildirib.

O, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilən cinayətlərlə bağlı məlumat verib:

“Kərkicahan soyqırımında – 17 nəfər öldürülüb, 7 nəfər öldürülməyə cəhd edilib, 2 nəfər girov götürülüb, 1796 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 47 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib. Bağanis Ayrım soyqırımında – 7 nəfər öldürülüb, 2 nəfər öldürülməyə cəhd edilib, 12 yaşayış evi yandırılıb, 438 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 18 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib. Meşəli soyqırımında – 25 nəfər öldürülüb, 14 nəfər öldürülməyə cəhd edilib, 2 nəfər girov götürülüb, 41 yaşayış evi və digər tikili yandırılıb, 358 nəfər kənd sakini daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 9 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib. Ağdərə rayonu Başgüneypəyə kəndində – 21 nəfər öldürülüb, 4 nəfər öldürülməyə cəhd edilib, 599 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Qaradağlı soyqırımında – 67 nəfər öldürülüb, 2 nəfər öldürülməyə cəhd edilib, 49 nəfər girov götürülüb, 941 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub.

Hadisələri törətmiş 12 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib. Xocalı soyqırımında – 613 nəfər öldürülüb, 8 ailə tamamilə məhv edilib, 487 nəfər öldürülməyə cəhd edilib, 1275 qadın, uşaq və qoca girov götürülməklə işgəncəyə məruz qalıb, 5379 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub, Hadisələri törətmiş 40 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib. Kəlbəcər rayonunun Başlıbel kəndinə – 12 nəfər öldürülüb, 14 nəfər girov götürülüb, mühasirədə qalan 36 nəfər şəxsdən 7-si aldığı xəsarətlərdən ölüb, 29 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Tunel qətliamında – Kəlbəcər rayonunda, 35 kəndi rayon mərkəzi ilə birləşdirən tuneli keçmək istəyən mülki şəxslərdən 26 nəfər öldürülüb və meyitləri maşınlarla birgə yandırılıb, 30 nəfər girov götürülüb”.