Rusiya əsgərləri bəzi bölgələrdən geri çəkilirlər

0
262

Rusiyanın dörd vilayəti ilhaq etməsi kimi addımlarına Ukraynanın reaksiyası gecikməyib. İtirilmiş torpaqları geri almaq üçün hücuma başlayan Ukrayna ordusu irəliləyərək bəzi bölgələrdən rus əsgərlərini geri çəkilməyə məcbur edib.

Luqansk vilayətinin başçısı Sergey Qayday bildirib ki, Luqansk bölgəsini işğaldan xilas etmək irəli atılıblar:

“Bir neçə yaşayış məntəqəsi Rusiya ordusundan azad edilib, indi bu ərazilərdə Ukrayna bayrağı dalğalanır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya ilhaq edilməsi barədə sazişlərin ratifikasiyası haqqında dörd qanun imzalayıb.