Yanan avtomobili kvasla söndürdü

0
487

Yanan avtomobili kvasla söndürdü

Rusiyanın Altay diyarının Kamen-na-Obi şəhər sakini yanğını kvasla söndürüb. Bu barədə “Kamenskiye izvestiya” xəbər verib.

Kişinin sözlərinə görə, o, tüstülənən “Nissan X-Trail” markalı avtomobilin yaxınlığında vargəl edən şəxsləri görüb. Onlardan biri yanğını söndürmək üçün ondan su istəyib. Kişi isə onlara əlindəki kvasla kömək edib.

“Heç düşünmədən kvası yaxşıca çalxaladım və onunla yanğını söndürməyə başladım. Söndürdüm. Məlum oldu ki, əgər yaxşıca çalxalasan, yanğınsöndürən balondan heç də pis deyil”, – avtomobil sahibinin dadına çatan şəxs deyib.