Ukraynada müharibə müddətində üç Azərbaycan vətəndaşının doğulan uşaqlarına vətəndaşlıq verilib.
Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosuna verilən açıqlamada bildirilir ki, bunlardan ikisinə vətəndaşlıq verilməsi Ukrayna prezidentinin sərəncamının “Ukrayna vətəndaşlığına qəbul” ilə bağlı 9-cu bəndinə əsasən baş tutub.
Bir uşaq isə valideynlərindən biri Ukrayna vətəndaşı olduğu üçün avtomatik vətəndaşlıq alıb.
Bu ailələr müharibə müddətində ölkəni tərk etməyiblər.