İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb – FOTO

0
289

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazəsi olmadan keçmək istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Ağdam rayon sakini Möhübət Məmmədov rayonun Hacıməmmədli kəndi ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd göstərərkən nəzarət qaydasına uyğun polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıb. Həmin şəxslə profilaktiki səpkidə söhbətlər aparılıb, ərazidə partlamamış hərbi vasitələr və minaların insan həyatı üçün təhlükəli olduğu izah edilib. Buna baxmayaraq işğaldan azad edilmiş ərazilərə keçmək üçün cəhdlərini davam etdirib.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində M.Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib. Onun barəsində protokol tərtib olunub və məhkəməyə göndərilib. Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.