Bu gün Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında start götürən XXI “Irina Deleanu Cup” adlı beynəlxalq turnirə yekun vurulub.
rumıniyalı dünya və Avropa mükafatçısı İrina Delyanunun adını daşıyan yarışda ölkəmizi təmsil edən gimnastımız Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb.
Komandamızın digər üzvləri – Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə üçüncü olublar.