Şəhriyar Məmmədyarov niderlandlı şahmatçıya qalib gəlib

0
290

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirib.

37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın VI turunda niderlandlı Yorden van Forestlə üz-üzə gəlib. Görüş Məmmədyarovun 3,5:2,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci turda niderlandlı Aniş Giriyə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda müvafiq olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.