170 azərbaycanlı Odessadan təxliyə olundu – FOTO

0
342

Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyevin verdiyi məlumata görə  bu gün 170 soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor təşkilatlarının təşkilatçılığı ilə Odessada yerləşən Azərbaycan Evinin qarşısından Moldovaya yola salınıb və onların yaxın günlərdə Moldovadan Azərbaycana təxliyə olunacağı gözlənilir.  

Qeyd edək ki, Diasporla İş üzrə Dövlər Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir və  Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi üçün bütün imkanlarını səfərbər edib.