İtaliya kuboku: Milan derbisi qolsuz bitdi

0
258

İtaliya kubokunda ilk yarımfinal matçı baş tutub. Milanın eyni adlı komandası “Cuzeppe Meatsa” arenasında “İnter”i qəbul edib.

Həmşəhərlilərin qarşıdurması qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, sabah daha bir yarımfinal matçı keçiriləcək. “Fiorentina” öz meydanında kubokun son sahibi “Yuventus”u qəbul edəcək.

Yarımfinalın cavab oyunları martın 20-də, həlledici matç isə mayın 11-də baş tutacaq.