Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin təyin olunub.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq sərəncamları ilə İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.