Qan xərçəngi olan uşaqlara dərman verilmir – ŞİKAYƏT + VİDEO

0
300

Övladı qan xəstəliyindən əziyyət çəkən valideynlər dərman problemi ilə üz-üzədir. Onların sözlərinə görə, xəstəxana tərəfindən bütün dərmanlar verilmədiyindən apteklərə üz tutmalı olurlar. Ancaq apteklərdə də bəzi dərmanları tapmaq müşkülə çevrilir. 

Dərman təminatındakı problemlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, müvafiq tender keçirilib, lakin dərmanların dövlət qeydiyyatı olmadığı üçün idxal prosesində gecikmə yaşanır.

Agentlikdən o da bildirilib ki, qeydiyyata razılıq verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən isə deyilir ki, qeydiyyat üçün onlara müraciət olunmalıdır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi qeydiyyatda olan xəstələrin sayına müvafiq olaraq növbəti il üçün dərman ehtiyacı proqnozunu verir. Buna uyğun olaraq büdcə tərtib edilir. Büdcə təsdiqləndikdən sonra isə dərmanlar tender yolu ilə alınır. Ancaq görünür, proses bu qədər sadə deyil.

Ətraflı süjeti təqdim edirik: