ŞAD XƏBƏR! Bu şəxslərin pensiyası 600-700 manat oldu

0
372

Azərbaycanda ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı məlum olub. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev məlumat verib. Onun sözlərinə görə, 800 nəfərin pensiyasına ali təhsilin staja daxil edilməsi həyata keçirilib: “Həmin şəxslərin əmək pensiyası aylıq olaraq 20-25 manat artıb. Bu şəxslərin hər birinə də keçmiş dövr üzrə 600-700 manat fərq məbləği hesablanıb və hazırda da ödənilir”. DSMF rəsmisi bildirib ki, stajın daxil edilməsi həmin şəxslərin bəzilərinin pensiya hüquqlarını təmin etməyə imkan verir.