Diplomatik xidmətə qəbul imtahanının tarixi açıqlanıb

0
297

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı yanvarın 23-də keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 12-si saat 18:00-dək davam edəcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

İmtahanda namizədlərə test və esse tapşırıqları təqdim olunacaq. Test və esse tapşırıqlarının strukturu ilə DİM-in saytında ətraflı tanış olmaq mümkündür.