Yuxusuz qaldıqdan sonra cəmi 20 dəqiqəlik fiziki fəaliyyət yaddaşı müvəqqəti olaraq yaxşılaşdıra bilər.
Kanadanın MakGill Universitetində aparılan araşdırmada 54 sağlam gənc iştirak edib. Onlar təxminən 30 saat yuxusuz qaldıqdan sonra üç qrupa bölünüblər.
Bir qrup 20 dəqiqə orta və yüksək intensivlikdə velosiped sürüb, ikinci qrup 90 dəqiqə yatıb, üçüncü qrup isə istirahət edib.
Nəticələr göstərib ki, 90 dəqiqə yatanların yaddaş göstəriciləri nəzarət qrupu ilə müqayisədə 23 faiz, 20 dəqiqə məşq edənlərdə isə 21 faiz yaxşılaşıb.
Alimlər bildirirlər ki, qısa müddətli fiziki fəaliyyət ağır yuxu çatışmazlığından sonra yaddaşın bəzi funksiyalarını müvəqqəti gücləndirə bilər. Lakin idman yuxunu əvəz etmir və uzunmüddətli yuxusuzluğun mənfi təsirlərini aradan qaldırmır.



